Bakıda ağır qəza: İki avtomobili əzən sürücü maşını aşırdı - VİDEO

17:31 - 8 İyul 2024

Bakıda ağır qəza: İki avtomobili əzən sürücü maşını aşırdı - VİDEO

Bu gün gecə saatlarında Ziya Bünyadov prospektində yol-nəqliyyat hadisəsi baş verib.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə paylaşılıb.

Baş vermiş hadisə ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanladıq.

İdarənin bölmə rəisi Toğrul Nəsirli  faktı təsdiqləyib.

O qeyd edib ki, hadisə bu gün saat 01:54-də Nərimanov rayonu Ziya Bünyadov prospektində baş verib.

"Hadisəyə "Mercedes" markalı 77-BB-123 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsünün idarəetməni itirməsi səbəb olub. Nəticədə həmin avtomobil digər iki nəqliyyat vasitəsinə çırpılıb və sonda aşıb.

Hadisə nəticəsində "Mercedes"də olan iki sərnişin xəsarət alıb. Faktla bağlı araşdırma aparılır", - deyə T. Nəsirli bildirib.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Manset.az (@manset.az)


Xəbər xətti

6 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin