Turizm əleyhinə etirazçılar turistlərə hücum etdi - VİDEO

16:36 - 8 İyul 2024

Turizm əleyhinə etirazçılar turistlərə hücum etdi - VİDEO

Barselonada turizm əleyhinə etirazçılar turistlərə su tapançaları ilə hücum ediblər.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, nümayişçilər restoranlarda yemək yeyən ziyarətçilərin üzərinə su çiləyib və bəzi yerləri simvolik olaraq bağlayıblar.

Etirazçılar turistlərin sayının azaldılmasını və şəhərdə aşırı turizmin dayandırılmasını tələb edirlər. Yerli məmurlar deyirlər ki, mənzil xərcləri 68% artıb və bu fikir ayrılıqlarının əsas mənbəyidir.

Bu səbəbdən minlərlə etirazçı bu gün kütləvi turizmə və bunun İspaniyanın ən çox ziyarət edilən şəhərinə təsirinə qəzəbini ifadə etmək üçün yürüşlər keçirib. 

 
 
Fidan Əliyeva
Manşet.az

Xəbər xətti

6 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin