Azərbaycanda kişi "cekpot" udmaq üçün lotereya oğurladı

16:22 - 8 İyul 2024

Azərbaycanda kişi

Ucarda lotereya oğrusu tutulub.
 

Manset.az Lent.az-a istinadən  xəbər verir ki, hadisə Ucar şəhərinin ərazisində yerləşən ticarət mərkəzində qeydə alınıb.

Oradakı köşkdən 750 manat dəyərində 75 ədəd lotereya oğurlanıb.

Hadisəni törətmiş, əvvəllər məhkum olunmuş, 1991-ci il təvəllüdlü Əli Salmanov polis əməkdaşları tərəfindən tutulub.

Onun yaşadığı evə baxış zamanı marixuana da aşkarlanaraq götürülüb.

Ə.Salmanov cekpot udmaq üçün lotereya oğurladığını deyib.


Xəbər xətti

21 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin