Həbsxanadan qaçan məhkum 19 il sonra tutuldu

13:13 - 8 İyul 2024

Həbsxanadan qaçan məhkum 19 il sonra tutuldu

İranda 19 il əvvəl həbsxanadan qaçan adam öldürməkdə təqsirli bilinən şəxs tutulub.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Qərbi Azərbaycanın baş prokuroru Nasser Atbati məsələ ilə bağlı məlumat verib.

Atbati, "2005-ci ildə Urumiye Həbsxanasından qaçan qəsdən adam öldürməkdə günahkar bilinən şəxs Ferdis şəhərində tutulub",- deyə məlumat verib. 

İran rəsmisi sözügedən şəxsin 19 ildən sonra yenidən həbsxanaya aparıldığını bildirsə də, həmin şəxsin kimliyi ilə bağlı məlumat verməyib.

 

Fidan Ceyhunqızı

Manşet.az


Xəbər xətti

6 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin