Vətən müharibəsi şəhidinin ev muzeyinin açılış mərasimi keçirildi - FOTO
6 Oktyabr 2024
10:30 - 8 İyul 2024
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiyanın "Dinamo" klubundan ayrılmağa çox yaxındır.
Manset.az Report.az-a istinadən xəbər verir ki, Zaqreb təmsilçisi yeni mövsümə hazırlıq üçün 27 yaşlı hücumçunu Avstriyadakı təlim-məşq toplanışına aparmayacaq.
Emreli ilə yanaşı, Moreno Jivkoviç və Qabriel Rukavinanın da hazırlıq prosesində iştirakı gözlənilmir.
Qeyd edək ki, 2022-ci ildən "Dinamo"da çıxış edən Mahir Emreli komanda ilə iki dəfə Xorvatiya çempionu olub. Onun hazırkı sözləşməsinin müddəti 2026-cı ilin yayında başa çatacaq. Futbolçunun klubu ilə yollarını ayıracağı gözlənilir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin