AVRO-2024: İspaniya - Fransa matçının hakimləri müəyyənləşdi

10:23 - 8 İyul 2024

AVRO-2024: İspaniya - Fransa matçının hakimləri müəyyənləşdi

Almaniyada təşkil olunan Avropa çempionatının yarımfinalında baş tutacaq İspaniya - Fransa matçının hakimləri müəyyənləşib.


Manset.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, qarşılaşmanı sloveniyalı hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Slavko Vinçiç olacaq. Ona Tomaj Klançik və Andraj Kovaçiç kömək edəcək. Dördüncü hakim funksiyasını İvan Krujlyak yerinə yetirəcək.

VAR hakimi Neyts Kaytazoviç, onun köməkçiləri isə italiyalı Paolo Valeri və Massimiliano İrrati olacaq.

Qeyd edək ki, İspaniya - Fransa matçı iyulun 9-da, saat 23:00-da keçiriləcək.


Xəbər xətti

6 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin