Vətən müharibəsi şəhidinin ev muzeyinin açılış mərasimi keçirildi - FOTO
6 Oktyabr 2024
09:43 - 8 İyul 2024
Keniyalı idmançı Feyt Kipyeqon Brilyant Liqa yarışında qadınlar arasında 1500 metr məsafəyə qaçışda 3 dəqiqə 49.04 saniyəyə finişə çataraq öz dünya rekordunu yeniləyib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, yarış Parisdəki "Şarleti" stadionunda baş tutub.
Qaçışçı 2023-cü ilin iyununda Florensiyada müəyyən etdiyi əvvəlki dünya rekordunu 0.07 saniyə üstələyib.
Keçən dəfə idmançı bu məsafəni 3 dəqiqə 49.11 saniyəyə qət edə bilib ki, bu da efiopiyalı Qenzebe Dibabanın 1991-ci ildə əldə etdiyi rekorddan 0.96 saniyə daha sürətli olub.
Qeyd edək ki, Kipyeqonun hesabında iki Olimpiya qızıl medalı (2016, 2020) və iki dünya çempionluğu qələbəsi (2017, 2022) var.
Fidan Əliyeva
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin