Bu ərazilərdə görmə məsafəsi məhdudlaşacaq - Sürücülərin nəzərinə
6 Oktyabr 2024
23:35 - 7 İyul 2024
Rusiyanın Kursk şəhərində doqquz yaşlı oğlunu diri-diri yandırmağa cəhd edən şəxs həbs edilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə rayon prokurorluğundan məlumat verilib.
Məlumata görə, doqquz yaşlı uşaq ehtiyatsızlıqdan bir yaşlı bacısına xəsarət yetirib. Bunu bilən 38 yaşlı sərxoş ata doqquz yaşlı oğlunun bədəninin müxtəlif hissələrinə spirt tərkibli maye tökərək yandırıb.
Kişi azyaşlı uşağı öldürməyə cəhddə və cinayəti ümumi təhlükəli şəkildə törətməkdə ittiham olunur.
Qeyd olunur ki, həkimlər uşağı xilas edə biliblər.
Təcavüzkar atanın əvvəllər məhkumluğu olub və onun himayəsində beş övladı var.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin