Ağdamda yol-nəqliyyat hadisəsi baş verib - Yaralı var

23:25 - 7 İyul 2024

Ağdamda yol-nəqliyyat hadisəsi baş verib - Yaralı var

Ağdamda yol-nəqliyyat hadisəsi baş verib, hadisə nəticəsində bir nəfər ağır xəsarət alıb.

 

Manset.az Apa-ya istinadən xəbər verir ki, hadisə Bərdə-Ağdam yolunun Ağdam rayon Təzəkənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Ağdam istiqamətində hərəkətdə olan "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək aşıb. Hadisə nəticəsində avtomobildə olan sərnişin, Ağdam rayon Güllücə kənd sakini, 1988-ci təvəllüdlü Rövşən Aslanov müxtəlif növ bədən xəsarətləri alıb.

Yaralı Ağdam mərkəzi rayon xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərildikdən sonra Bərdə rayon mərkəzi xəstəxanasına göndərilib.

Faktla bağlı Ağdam rayon polis şöbəsində araşdırma başladılıb.

Ağdamda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb  - FOTO Ağdamda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb  - FOTO Ağdamda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb  - FOTO

 


Xəbər xətti

6 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin