Mesut Özilin Türkiyədə futbol akademiyası yaratmasına reaksiya

22:45 - 7 İyul 2024

Mesut Özilin Türkiyədə futbol akademiyası yaratmasına reaksiya

Türk əsilli məşhur alman futbolçu Mesut Özil Türkiyədə akademiyasını açır.

 

Manset.az xəbər verir ki, bu barədə ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Avro-2024"ün 1/4 finalını ziyarət etdikdən sonra Almaniyadan qayıdarkən danışıb.

"İndi o, Türkiyədə futbol məktəbi və akademiya yaradır. O, Almaniya və "Real Madrid"dəki kimi struktur yaratmaq istəyir. Əgər doğrudan da belə bir addım atılsa, belə bir struktur bizə keçsə, o zaman futbol meydançasında təkcə 22 yaşlı deyil, 10-12 yaşlı yeniyetmələri də görəcəyik. Bu akademiyada onlar topa vurmazdan əvvəl hörmət və sevgini öyrənəcəklər", - Türkiyə prezidenti bildirib.

Xatırladaq ki, Mesut Özil Almaniya millisinin heyətində 2014-cü ildə dünya çempionatının qalibi olub. Futbolçu, həmçinin "Real Madrid" və Londonun "Arsenal" klublarındakı çıxışları ilə də tanınır.


Xəbər xətti

6 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin