Paşinyan Putinin xəritələrlə bağlı hansı təklifini qəbul edir? - Özündən AÇIQLAMA

23:08 - 27 Oktyabr 2021

Paşinyan Putinin xəritələrlə bağlı hansı təklifini qəbul edir? - Özündən AÇIQLAMA

“Rusiya Prezidenti Vladimir Putinin bəhs etdiyi delimitasiya xəritələri “Ermənistanın inzibati-ərazi bölgüsü haqqında” qanunda təsvir olunan sərhədlərlə 100 faiz olmasa da, ən azı 99 faiz üst-üstə düşür".

 

Manset.az erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdəki çıxışında deyib. 

Paşinyanın fikrincə, Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyası sovet dövrünün xəritələrinə əsaslanmalıdır:

“Onlar keçmiş ittifaq respublikalarının xəritələri ilə təxminən eynidir. Bəli,  bu xəritələr lazımdır, bu müzakirələr lazımdır. Ancaq bu xəritələr hüquqi əsasları olan xəritələr olmalıdır. Müxtəlif illərin xəritələri bir-birinin təkrar çapıdır”. 

 

qafqazinfo


Xəbər xətti

17 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin