"Qarabağ"ın komandası beynəlxalq turnirin qalibi oldu

16:47 - 7 İyul 2024

"Qarabağ" klubunun 16 yaşadək (U-16) futbolçulardan ibarət komandası Estoniyada keçirilən “Tallinn Cup”ın qalibi olub.

 

Manset.az xəbər verir ki, Ağdam təmsilçisi yarışdakı sonuncu oyunda yerli “Trans Narva” ilə üz-üzə gəlib.

Rəqibini 2:0 hesabı ilə üstələyən "köhlən atlar" beynəlxalq turnirin qalibi olub.

Qeyd edək ki, U-16-nın baş məşqçisi Azərbaycan millisinin sabiq futbolçusu Rəşad Sadiqovdur.


Xəbər xətti

5 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin