Ukrayna Voronejə zərbə endirib - Əhali evakuasiya olunur

14:55 - 7 İyul 2024

Ukrayna Voronejə zərbə endirib - Əhali evakuasiya olunur

Ötən gecə Ukrayna Ordusu pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın Voronej vilayətində silah anbarına zərbə endirib.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksandr Qusev “Telegram”-da paylaşım edib.

Podqorensk rayonunda yerləşən silah anbarında partlayışlar başlayıb və partlayışlar hələ də davam edir. Qəsəbədə fövqəladə vəziyyət elan olunub, yollar bağlanıb, əhalinin avtobuslarla müvəqqəti sığınacaqlara daşınmasına hazırlıq aparılır.

Qeyd edilib ki, partlayışlar nəticəsində artıq evlərdən biri yanıb.


Xəbər xətti

5 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin