Gimnastlarımız İspaniyada növbəti medallarını qazandılar

13:51 - 7 İyul 2024

Gimnastlarımız İspaniyada növbəti medallarını qazandılar

Bədii gimnastika üzrə böyüklərdən ibarət Azərbaycan millisi İspaniyanın Saraqosa şəhərində keçirilən beynəlxalq turnirdə növbəti medalları qazanıblar.

 

Manset.az xəbər verir ki, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətovadan ibarət kollektiv 5 halqa və 3 lent, 2 top proqramlarında yüksək nəticəyə nail olaraq iki gümüş mükafata sahib olublar.

Yığma ötən gün çoxnövçülükdə qızıl medal əldə etmişdi.


Xəbər xətti

5 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin