Ərdoğan ABŞ-yə gedəcək

11:31 - 7 İyul 2024

Ərdoğan ABŞ-yə gedəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 9-11-də NATO ölkələrinin Vaşinqtonda keçiriləcək Zirvə toplantısında iştirak etmək üçün ABŞ-yə səfər edəcək.

 

Manset.az "Report"a istinadən xəbər verir ki, onun Vaşinqtonda dövlət və hökumət başçıları ilə ikitərəfli görüşləri nəzərdə tutulur.

Qeyd edək ki, Ərdoğan iyulun 3-4-də Qazaxıstanın paytaxtı Astanada keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət Başçıları Şurasının 24-cü sammitində iştirak edib. Onun sammit çərçivəsində bəzi liderlərlə, o cümlədən Rusiya Prezidenti Vladimir Putinlə görüşü baş tutub.


Xəbər xətti

5 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin