Dövlət başçıları İlham Əliyevə təşəkkür ediblər

22:39 - 6 İyul 2024

Dövlət başçıları İlham Əliyevə təşəkkür ediblər

TDT-nin dövlət başçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Türk dünyasının birliyi, həmrəyliyi, təhlükəsizliyi və rifahına verdiyi böyük və davamlı töhfəsinə, TDT-nin vahid ruhunun gücləndirilməsində qətiyyətli liderliyinə və Şuşada qeyri-rəsmi Zirvə görüşündə uğurla yekunlaşan müzakirələrə sədrlik etdiyinə görə dərin təşəkkür bildirir, Azərbaycan Hökumətinin və xalqının səmimi qonaqpərvərliyini yüksək qiymətləndirirlər.

 

Manset.az xəbər verir ki, bu, “Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün Qarabağ Bəyannaməsi”ndə əksini tapıb.

Qeyd edək ki, iyulun 6-da Şuşada “Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçirilib.


Xəbər xətti

5 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin