“Mercedes” traktor qoşqusu ilə toqquşdu - Yaralılar var

20:36 - 6 İyul 2024

“Mercedes” traktor qoşqusu ilə toqquşdu - Yaralılar var

Quba rayonunun Əliməmmədoba kəndi ərazisində baş verən qəzada iki nəfər xəsarət alıb.

 

Manset.az AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə zamanı "QAZ 53" markalı yük avtomobilinə qoşulan traktor qoşqusu açılıb və arxadan gələn "Mercedes Vito" ilə toqquşub. Qəza zamanı "Mercedes"də olan iki nəfər xəsarət alıb.

Yaralılar təcili tibbi yardım maşını ilə Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti

5 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin