"Birlikdə qlobal təhlükəsizlik və stabilliyin təmin edilməsinə çalışmalıyıq" Qazaxıstan Prezidenti

13:15 - 6 İyul 2024

Qlobal təhlükəsizlik və stabilliyin təmin edilməsi Qazaxıstanın xarici siyasətində əsas istiqamətlərdən biridir.


Manset.az Apa-ya istinadən xəbər verir ki, bunu Şuşada Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev bildirib.

Qazaxıstan Prezidenti qeyd edib ki, birlikdə qlobal təhlükəsizlik və stabilliyin təmin edilməsinə çalışmalıyıq: “Münaqişələrin yeganə həll yolu dialoqdur”.

Kasım-Jomart Tokayev Qazaxıstanın Azərbaycanla nəqliyyat sahəsində sıx əməkdaşlıq etdiyini də vurğulayıb.


Xəbər xətti

5 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin