Ağac altında yağışdan gizlənən çobanı ildırım vurdu - 76 qoyun tələf oldu (FOTO)

11:20 - 6 İyul 2024

Ağac altında yağışdan gizlənən çobanı ildırım vurdu - 76 qoyun tələf oldu (FOTO)

Türkiyədə çobanı və 76 qoyunu ildırım vurub.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, hadisə Amasiya rayonunda baş verib.

Yağışda islanmamaq üçün üç çoban ağac altında oturub. Bu zaman həmin əraziyə ildırım düşüb.

76 qoyun tələf olub. İldırım vuran Mehmet Kürkçü adlı çoban isə xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin stabil olduğu bildirilir.



Xəbər xətti

5 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin