Oğuzda narkokuryer saxlanılıb - FOTO

10:12 - 6 İyul 2024

Oğuzda narkokuryer saxlanılıb - FOTO

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər məhkum olunmuş 67 yaşlı Arif Fərəcov saxlanılıb.
 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Manset.az-a verilən məlumata görə, ondan 2 kiloqram marixuana aşkar olunaraq götürülüb.

A.Fərəcov şəxsiyyəti istintaqla araşdırılan və sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu bildirib. Saxlanılan şəxs narkotikləri deyiləcək yerə qoyandan sonra bu fəaliyyətinin müqabilində maddi qazanc əldə edəcəkmiş.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə A.Fərəcov barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.



Xəbər xətti

5 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin