Gəncəyə ikinci raket hücumundan 4 il ötür
5 Oktyabr 2024
08:00 - 6 İyul 2024
“Western New England” Universitetinin doktoru Con Pezzuto və onun komandasının araşdırması nəticəsində üzümün sağlamlığa və uzunömürlülüyə əhəmiyyətli dərəcədə təsir göstərdiyi məlum olub.
Manset.az “Knowridge” saytına istinadla xəbər verir ki, ingilis alimlərin müxtəlif elmi jurnallarda dərc olunan bu tədqiqatı üzümün qaraciyər sağlamlığından tutmuş beyin funksiyasına və hətta genetikaya qədər çoxsaylı faydalarını ortaya çıxarıb.
Tədqiqatın nəticələrinə görə, gündəlik bir neçə salxım üzüm yemək qaraciyərin yağlanması prosesini ləngitməklə yanaşı, insan ömrünün uzadılmasına da müsbət təsir göstərir. Doktor Pezzuto bu meyvənin antioksidan genləri artıraraq ömrü təxminən dörd-beş il uzada biləcəyini vurğulayıb. Üzümün davranış və idrak funksiyalarını da gücləndirdiyi, habelə maddələr mübadiləsinə təsir edərək metabolik prosesləri dəyişdirə bildiyi iddia olunur.
Mütəxəssislərin fikrincə, bu tədqiqat üzümün faydalarına dair əsaslı sübutlar təqdim etsə də, onun sağlamlığımıza, uzunömürlülüyümüzə və həyat keyfiyyətimizə müsbət təsirinə dair yeni və perspektivli bir araşdırmadır.
Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin