Heç kim onları formalarındakı qartal və xoruz təsvirlərinə görə tənqid etmir - Ərdoğan

02:00 - 6 İyul 2024

Heç kim onları formalarındakı qartal və xoruz təsvirlərinə görə tənqid etmir - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) İntizam Komitəsinin Avro-2024-ün 1/8 finalında Avstriya millisi ilə oyun zamanı millətçi jest işlədən Türkiyə millisinin müdafiəçisi Merih Dəmiralla bağlı mövqeyini tənqid edib.

 

Manset.az AZƏRTAC-a istinadən xəbər verir ki, Astanada ŞƏT-in Zirvə toplantısında Türkiyə liderini müşayiət edən jurnalistlərlə söhbətində Ərdoğan heç kim Almaniyanı formasındakı qartala, Fransanı isə xoruz təsvirinə görə tənqid etmir deyə söyləyib.

“Kimsə almanlardan formalarında qartalın səbəbini soruşur? Həm də heç kim fransızlara xoruz haqqında heç nə demir və onlardan soruşmur ki, niyə “xoruzlanırsız”? Merih Dəmiral sevincini bu cür ifadə etdi. Müvafiq şəxslər Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb, lazımi tədbirlər görülür”, - deyə Türkiyə lideri qeyd edib.

O, şənbə günü Niderland yığması ilə görüşdə Türkiyə millisinin növbəti qələbəsinə ümid etdiyini bildirib. Hər hansı bir fövqəladə hadisə baş verməsə, mən bu matçda iştirak edəcəyəm”, - deyə Ərdoğan bildirib.


Xəbər xətti

5 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin