Azərbaycan XİN başçısı türkiyəli həmkarı ilə regional məsələləri müzakirə etdi

22:30 - 5 İyul 2024

Azərbaycan XİN başçısı türkiyəli həmkarı ilə regional məsələləri müzakirə etdi

Xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla regional məsələləri müzakirə edib.

 

Manset.az xəbər verir ki, bu barədə Azərbaycanın baş diplomatı sosial şəbəkədə bildirib.

"Şuşada keçirilən Türk Dövlətlərin Təşkilatının qeyri-rəsmi Zirvə Görüşü çərçivəsində Xarici İşlər Nazirləri Şurasının İclasından öncə qardaş Türkiyənin xarici işlər naziri Hakan Fidanla müttəfiqlik, regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında faydalı fikir mübadiləsi apardıq", – o qeyd edib.


Xəbər xətti

9 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin