Xəyalımıza gəlməyənlər başımıza gəlir - Yenə Allaha şükür!

22:13 - 5 İyul 2024

Xəyalımıza gəlməyənlər başımıza gəlir - Yenə Allaha şükür!

Cəmi 4 il öncə, bu zamanlar kim düşünə bilərdi ki, Şuşada Türk Zirvəsi olacaq, türk dövlətlərinin rəhbərləri çiyin - çiyinə dayanıb, Cıdır düzündə, Yuxarı Gövhərağa məscidində dünyaya və tarixə, həm də gələcəyə ismarışlar verəcəklər.

Dualarımızda çox şey vardı: amma onların hamısını görüntüyə çevirə bilsək və vahid bir mənzərə yaratsaq, əminəm, bugünkü real mənzərədən qat - qat zəif qalardı... 

İşğalçıların da ağlına gəlməzdi, Şuşanı, bütün QARABAĞI itirəcəkləri, geri verəcəkləri; Paşinyan yenicə burada yallı gedib, qayıtmışdı İrəvana; hökumətini və ordusunu Tovuz təxribatlarına hazırlayırdı...  

e4926118-b092-41a6-aa77-f9fe4381b8d8.jpg (194 KB)

Amma onun və bütün rəqiblərin planlarına qarşı başqa şeylər planlayan bir Adam vardı! 

Bir Dövlət vardı!

İqtidar olduğu ilk gündən Zəfərə çalışan, Azərbaycana və onun xalqına inananaraq, onunıa birlikdə bu günlərin əsasını qoyan Lider! 

Onun Şuşaya, Xankəndinə, Qarabağa necə bağlı olduğunu, hayların dağıtdığı gözəlim yurdlarımızı sevgi və şəfqətlə necə inşa etdiyini, dirçəltdiyini və Azərbaycana, Türk - İslam dünyasına qazandırdığını hamımız müşahidə edirik. 

photo_2024-07-05_19-45-15.jpg (250 KB)

Şuşa azad olan ilk aylardan bəri böyük tədbilərə, sammit və toplantılara ev sahibliyi etməkdədir.

Bu gün də belədir. Şuşada Türk Zirvəsi var!

Türk dövlətlərinin başçıları tarixi Qala şəhərdədir. Onların bu fotolarının bizə və özlərinə çox xoş gəldiyinə əminəm.

Amma siz bir də buralara iddia edən və 28 il işğalda saxlayan o təhrif tayfanı düşünün. Dost olmayanların reaksiyalarını anlamağa çalışın. 

Zəfər bir dəfə qazanılar, amma o, düşməni hər gün əzər! 

Budur əsas mesajlardan da biri!

Şuşa Bəyannaməsi ilə Yeni Turanın əsası qoyuldu!

İnşası davam edir!

Günümüzə və xəyalımıza da gəlməyənlərin başımıza gəlməsinə şükürlər olsun!

 

Musavat.com



Xəbər xətti

9 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin