Naftalan sakini faciəvi şəkildə vəfat etdi

19:44 - 5 İyul 2024

Naftalan sakini faciəvi şəkildə vəfat etdi

Naftalanda bədbəxt hadisə baş verib.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Naftalan şəhər sakini 1963-cü il təvəllüdlü Nazir İsmayılov binanın balkonundan yıxılıb.

O, başından aldığı xəsarətlərdən dünyasını dəyişib.

Hadisə yerinə prokurorluq və polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb.


Xəbər xətti

8 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin