SON DƏQİQƏ: Azərbaycanın məşhur general-polkovniki işdən çıxarıldı

19:24 - 5 İyul 2024

SON DƏQİQƏ: Azərbaycanın məşhur general-polkovniki işdən çıxarıldı

Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı vəzifəsindən azad edilib.

Manset.az-ın əldə etdiyi məlumata görə, müvafiq sərəncamla Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-polkovnik Kərəm Mustafayev tutduğu vəzifəsindən azad edilərək sərəncama götürülüb.

Digər sərəncamla, Vətən Müharibəsi Qəhrəmanı, general Kənan Seyidov həmin vəzifəyə təyin edilib. 

Kərəm Mustafayevin vəzifəsindən azad olunduğunu Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanının birinci müavini - Qərargah rəisi general-leytenant Fazil Ağalarov Manset.az-a açıqlama verərək təsdiq edib. O, açıqlamasında optimallaşdırma aparılacağını bildirib. Daha sonra bir sıra detallar barədə danışıb.

Bildirək ki, bu məsələ ilə bağlı qarşıda bir sıra dəyişikliklər gözlənilir. Portalımız Dövlətin qanunla qorunan mənafelərini nəzərə alaraq bu barədə məlumat vermir.


Manşet.az

Fotoda: Kənan Seyidov



Xəbər xətti

8 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin