ABŞ-dən olan MMA idmançısı azərbaycanlı döyüşçü ilə qarşılaşmaq istəyir

17:50 - 5 İyul 2024

ABŞ-dən olan MMA idmançısı azərbaycanlı döyüşçü ilə qarşılaşmaq istəyir

Mütləq Döyüş Çempionatının (UFC) ABŞ-dən olan MMA döyüşçüsü Celin Terner azərbaycanlı Rafael Fiziyevlə qarşılaşmaq istəyir.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, idmançı bu barədə "MMA Junkie" nəşrinə açıqlamasında bildirib.

Yüngül çəkidə reytinqdə 13-cü pillədə qərarlaşan Terner əsl "qanqster"lərdən biri ilə üz-üzə gəlməyi planlaşdırdığını söyləyib: "Den Huker və Mateuş Qamrotla revanş döyüşü keçirmək istərdim. Amma ən çox Fiziyevlə döyüşmək niyyətindəyəm. Hiss edirəm ki, bu, yaxşı mübarizə olacaq. Hamı məndən bu qarşılaşmanı keçirməyi xahiş edir".

Qeyd edək ki, Celin Terner indiyədək MMA-da 28 döyüş keçirib və 19 qələbə qazanıb. Fiziyev isə 15 görüşün 12-dən qalib ayrılıb.

 

Fidan Əliyeva

Manşet.az


Xəbər xətti

8 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin