Qayıq qəzası nəticəsində 87 miqrant boğuldu

17:46 - 5 İyul 2024

Qayıq qəzası nəticəsində 87 miqrant boğuldu

Mavritaniyanın cənub-qərb sahillərində qayıq qəzası nəticəsində 87 miqrant həlak olub.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə "Əl Akhbar" informasiya portalı məlumat yayıb.

Məlumata görə, əksəriyyəti Seneqal və Qambiyadan olan miqrantların meyitləri sahil mühafizəsi əməkdaşları tərəfindən Ndiaqo şəhəri yaxınlığındakı sularda aşkar edilib.

Qayıqda olan 184 nəfərdən 36-ı xilas edilib, onlarla insan itkin düşmüş hesab olunur.

Qərbi Afrika ölkələrinin sahillərindən qeyri-qanuni miqrantları Avropaya keçirmək cəhdləri adi hala çevrilib. Yararsız qayıqlarda tez-tez qəza halları müşahidə olunur ki, bu da onlarla miqrantın həyatını itirməsi ilə nəticələnir.

 

Fidan Ceyhunqızı 

Manşet.az


Xəbər xətti

8 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin