Rusiyada uşaq yaradıcılıq sarayı çökdü VİDEO

17:42 - 5 İyul 2024

Rusiyada uşaq yaradıcılıq sarayı çökdü VİDEO

Rusiyanın Kuzbas vilayətində Uşaq Yaradıcılıq Sarayı qismən çöküb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, sosial şəbəkələrdə hadisə yerindən görüntülər paylaşılıb.

Hadisə Belovo şəhərində baş verib. Binanın dördüncü mərtəbəsindən birinci mərtəbəyə qədər bütün hissəsi uçub.

Təsadüf nəticəsində uşaqlardan heç biri xəsarət almayıb, onlar hadisədən sonra bir neçə dəqiqə ərzində binanı tərk ediblər. İşçilər isə özləri təxliyə olublar.

Dağıntılar nəticəsində zərərçəkən olmayıb.

 

Fidan Ceyhunqızı

Manşet.az


Xəbər xətti

8 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin