"Onunla müqayisə olunmaqdan bezmişəm" - Mbappedən açıqlama

17:25 - 5 İyul 2024

Fransa millisinin hücumçusu Kilian Mbappe portuqaliyalı hücumçu Kriştianu Ronalduya hörmət etdiyini, lakin onunla müqayisə olunmaqdan bezdiyini bildirib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, 25 yaşlı futbolçu Avropa çempionatının 1/4 finalında kumirinə qarşı oynamağın onun üçün böyük şərəf olduğunu deyib.

"Ona nə qədər heyran olduğumu hamı bilir. Hələ də əlaqə saxlayırıq. O, futbol əfsanəsi olaraq qalır, amma mən artıq onunla müqayisə olunmaqdan bezmişəm. Ronaldu müqayisə olunmayacaq qədər dəyərli futbolçudur. Hər ikimizin fərdi ustalıqları olsa da Ronaldu mənim kumirimdir".

Qeyd edək ki, Fransa - Portuqaliya matçına Bakı vaxtı ilə bu gün saat 23:00-da start veriləcək.

 

Fidan Əliyeva

Manşet.az


Xəbər xətti

8 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin