UEFA Ronaldunu qayda pozmaqda ittiham edir

16:53 - 5 İyul 2024

UEFA Ronaldunu qayda pozmaqda ittiham edir

Portuqaliya millisinin ulduz futbolçusu Kriştianu Ronaldu Almaniyada təşkil olunan Avropa çempionatında UEFA qaydalarını pozaraq reklam verməkdə ittiham olunur.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, "Whoop" şirkəti AVRO-2024-də Sloveniya yığması ilə 1/8 final matçında (0:0, penalti seriyasında 3:0) hücumçunun fiziki göstəriciləri ilə bağlı məlumatlarını dərc edib.

Penaltilər seriyasında forvardın nəbzi dəqiqədə 180-dən 100-ə düşüb və Bernardu Silvanın həlledici zərbəsi zamanı 180-ə yüksəlib.Turnirin sponsorlarının fikrincə, Ronaldu və şirkət cərimə olunmalıdır.

Qeyd edək ki, oyunçu "Whoop"un investoru və səfiridir.

 

Fidan Əliyeva

Manşet.az


Xəbər xətti

8 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin