“Nə Ərdoğan, nə də başqası vasitəçi ola bilər” - Peskov

16:25 - 5 İyul 2024

“Nə Ərdoğan, nə də başqası vasitəçi ola bilər” - Peskov

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hazırda vasitəçilik edə bilməz, çünki Ukrayna Rusiya ilə danışıqları rədd edir”.

 

Manset.az-ın xarici mediaya istinadən olan məlumatına görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O, Ukraynanın Vladimir Putinin “sülh planını” qətiyyətlə rədd etdiyini vurğulayıb.

“Buna görə də hazırda nə Ərdoğan, nə də başqası vasitəçi ola bilər”, - Peskov bildirib.

Qeyd edək ki, iyulun 3-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Astanada Ankaranın Rusiya ilə Ukrayna arasında atəşkəs razılaşmasının əldə olunmasının təməlini qoya biləcəyini deyib.

 

Fidan Əliyeva

Manşet.az


Xəbər xətti

8 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin