"Qalatasaray"dan daha bir ayrılıq

16:17 - 5 İyul 2024

Türkiyənin məşhur futbol klubu "Qalatasaray"da gözlənilən ayrılıq gerçəkləşib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, "Qalatasaray" məşhur oyunçusu Nikolo Zanilonun şərti məcburi satınalma səbəbi ilə A Seriyasının Atalanta komandasına verildiyini açıqlayıb.

Nikolo Zaniolo ötən mövsüm Aston Villanın heyətində 39 oyun keçirib. 25 yaşlı oyunçu  bu yarışlarda 3 qol vurmağı bacarıb.

Aston Villa Nikolo Zaniolo üçün "Qalatasaray"a 5 milyon avro icarə haqqı ödəyib.

Nikolo Zaniolonun "Qalatasaray"la müqaviləsi 2027-ci il iyunun 30-da başa çatacaq. Ulduz futbolçunun hazırda bazar dəyəri 20 milyon avrodur.

 

Fidan Əliyeva

Manşet.az

 


Xəbər xətti

8 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin