Bu küçədə təmir işləri aparılacaq - Hərəkət qismən məhdudlaşdırılacaq

16:14 - 5 İyul 2024

Bu küçədə təmir işləri aparılacaq - Hərəkət qismən məhdudlaşdırılacaq

6 iyul saat 08:00-dan etibarən Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsində aparılacaq təmir işləri ilə əlaqədar işlərin aparıldığı zolaqlar üzrə avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndiriləcək. 
 

Manset.az xəbər verir ki, həmin ərazidə yollar bağlanmayacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur. 


Xəbər xətti

8 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin