Qırğızıstanda dövlət çevrilişinə cəhdin qarşısı alındı

16:02 - 5 İyul 2024

Qırğızıstanda dövlət çevrilişinə cəhdin qarşısı alındı

Qırğızıstanın xüsusi xidmət orqanlarının əməkdaşları respublikada hakimiyyəti zorakılıq yolu ilə ələ keçirməyi planlaşdıran qruplaşmanı zərərsizləşdirib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi yayıb. 

Bildirilir ki, sözügedən qruplaşma dövlət çevrilişinə cəhdlə yanaşı, kütləvi iğtişaşlar yolu ilə ölkədə vəziyyəti gərginləşdirməyi hədəfləyib. 

Dəstə üzvlərinin evi və və avtomobillərində aparılan axtarışlar zamanı əldəqayırma partlayıcı qurğu hazırlamaq üçün komponentlər, odlu silah, sursat, pilotsuz uçuş aparatları aşkar edilib.

 

Fidan Ceyhunqızı 

Manşet.az


Xəbər xətti

8 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin