Alimlər koronavirusun uzunmüddətli fəsadlarını aşkarladılar

20:40 - 27 Oktyabr 2021

Alimlər koronavirusun uzunmüddətli fəsadlarını aşkarladılar

Yaddaş itkisi koronavirus infeksiyasının uzunmüddətli nəticəsi ola bilər.

Manşet.az xəbər verir ki, bu barədə "JAMA Network Open" jurnalının dərc etdiyi araşdırmada deyilir.

Mütəxəssislər Nyu-Yorkdakı klinikalar şəbəkəsinin 740 xəstəsini müayinə ediblər.

Sorğu zamanı COVID-19-dan sağalmış insanların 24%-də yadda saxlama prosesi ilə bağlı koqnitiv pozğunluqlar aşkar edilib. Digər 23% isə beynində olan məlumatları xatırlaya bilmir.

Xəstələrdə infeksiyanı yüngül keçirənlərə nisbətən diqqət və çalışqanlıq, eləcə də zehni tapşırığı yerinə yetirmə sürəti ilə bağlı problemlərlə üzləşmə ehtimalı daha yüksək olub.


Xəbər xətti

16 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin