UEFA Merih Demiralı "Bozqurd" işarəsinə görə cəzalandırdı - RƏSMİ

15:04 - 5 İyul 2024

UEFA Merih Demiralı

UEFA Türkiyə millisinin futbolçusu Merih Demiralı cəzalandırıb.

 

Manset.az xəbər verir ki, bu barədə UEFA rəsmi açıqlama yayıb.

Qurum 26 yaşlı müdafiəçini 2 oyunluq diskvalifikasiya edib.

Türkiyə Futbol Federasiyası (TFF) məsələ ilə bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcək.

Qeyd edək ki, Merih Demiral Almaniyada keçirilən AVRO-2024-də Avstriyaya 2:1 hesabı ilə qalib gəldikləri 1/8 final matçında "bozqurd” işarəsi göstərib. UEFA futbolçunun əl hərəkətinə görə araşdırmaya başlamışdı. "Ay-ulduzlular" iyulun 6-da, AVRO-2024-ün 1/4 finalında Niderlandla üz-üzə gələcək.


Xəbər xətti

8 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin