Qırmızı dəniz müharibə zonasına çevrildi

14:24 - 5 İyul 2024

Qırmızı dəniz müharibə zonasına çevrildi

ABŞ Hərbi Dəniz Qüvvələri Qırmızı dənizdə husilərin iki pilotsuz gəmisini (USV) və bir radar stansiyasını məhv edib.

 

Manşet.az xarici mediaya istinadən xəbər verir ki,  ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) özünün "X" hesabında xəbər verib.

Bildirilib ki, əməliyyat iyulun 4-də həyata keçirilib.

"Bu, USV-lərin və radar məntəqəsinin ABŞ və koalisiya qüvvələri, eləcə də regiondakı ticarət gəmiləri üçün birbaşa təhlükə təşkil edir. Bu tədbirlər naviqasiya azadlığını qorumaq və beynəlxalq suları daha təhlükəsiz və etibarlı etmək üçün görülüb", - deyə komandanlıqdan qeyd edilib.

Qeyd edək ki, 2023-cü ilin oktyabrında İsrail-Həmas qarşıdurmasının başlamasından sonra Yəmənin "Ənsar Allah" üsyançı hərəkatından olan husilər yəhudi dövləti ilə əlaqəli gəmilərə hücum etməyə başlayıblar.

Bununla belə, üçüncü ölkələrin ticarət gəmiləri də hücumlara məruz qalır.

 

Fidan Əliyeva

Manşet.az


Xəbər xətti

8 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin