Argentinaya məğlub olduqdan sonra istefa verdi

14:05 - 5 İyul 2024

Argentinaya məğlub olduqdan sonra istefa verdi

Argentina ilə görüşün penaltilər seriyasında məğlub olan Ekvador millisinin baş məşqçisi istefa verib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ekvador Futbol Federasiyasının mətbuat xidməti xəbər verib.

ABŞ-də təşkil olunan Amerika Kubokunun 1/4 finalında Argentina millisinə penaltilər seriyasında məğlub olan Ekvador yığmasının baş məşqçisi Feliks Sançes milli ilə yola davam etmək istəmədiyini bildirib.

Qeyd edək ki, 48 yaşlı ispaniyalı mütəxəssis 2023-cü ilin martından Ekvador millisinə rəhbərlik edirdi. O, 2017-2022-ci illərdə Qətər yığmasını çalışdırıb.

 

Fidan Əliyeva

Manşet.az


Xəbər xətti

8 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin