Salyanda pambıq sahələrinə trixoqramma həşəratı buraxıldı - VİDEO

14:05 - 5 İyul 2024

Salyanda pambıq sahələrinə trixoqramma həşəratı buraxıldı - VİDEO

Salyan rayonunda Dövlət Sort Sınaq Məntəqəsinin pambıq sahəsində zərərli orqanizmlərə qarşı bioloji mübarizənin üstünlüklərinə dair tarla seminarı keçirilib.

 


Manset.az Azərtac-a istinadən xəbər verir ki, tədbirdə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin əməkdaşları, “Azərpambıq” MMC-nin, MKT şirkətinin mütəxəssisləri və bölgə fermerləri iştirak ediblər.


Tədbirdə Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Entomofaqların istehsalı şöbəsinin müdiri Mehrəli Mehrəliyev bioloji mübarizənin əhəmiyyəti barədə məlumat verib.
 

Bildirib ki, son dövrlər bitkiləri zərərverici və xəstəliklərdən qorumaq üçün əsasən kimyəvi mübarizə üsulundan istifadə olunur. Kimyəvi mübarizə üsulu çox təsirli ola bilər, lakin bu üsul həm bitkilər, faydalı həşəratlar, quşlar və heyvanlar, həm də ətraf mühit və insan sağlamlığı üçün zərərsiz deyil.

Bu baxımdan zərərvericilərə qarşı mübarizədə ekoloji cəhətdən təhlükəsiz və iqtisadi cəhətdən səmərəli hesab edilən bioloji üsuldan istifadə mühüm əhəmiyyət daşıyır.

Fermer və sahibkarların əvvəlki illərlə müqayisədə bioloji mübarizə üsuluna marağı daha da artıb.



Xəbər xətti

8 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin