Azərbaycanda yeniyetmə qızlar həmcinsləri tərəfindən döyüldülər - VİDEO

13:06 - 5 İyul 2024

Azərbaycanda yeniyetmə qızlar həmcinsləri tərəfindən döyüldülər - VİDEO

Sosial şəbəkələrdə yetkinlik yaşına çatmayan qızlar arasında mübahisəni əks etdirən görüntülər yayılıb.


Videoda yeniyetmə qızların həmcinsləri tərəfindən döyülməsi və təhqir olunması əks olunub.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Qurumdan Manset.az-a bildirilib ki, sosial şəbəkələrdə yetkinlik yaşına çatmayan qızlar arasında mübahisəni əks etdirən görüntülər polis əməkdaşları tərəfindən araşdırılır:

"Görüntüdə əks olunan yeniyetmələrin şəxsiyyəti müəyyən olunaraq valideynləri və vəkilləri ilə birlikdə polis orqanına dəvət olunublar.

Araşdırmanın nəticəsindən asılı olaraq onların əməlinə hüquqi qiymət veriləcək".


Xəbər xətti

8 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin