Bu ərazilərdə görmə məsafəsi məhdudlaşacaq - Sürücülərin nəzərinə
6 Oktyabr 2024
11:35 - 5 İyul 2024
Rusiya Boks Federasiyası azərbaycanlı boksçu Cavid Rzayevi ömürlük idmandan uzaqlaşdırıb.
Manset.az xəbər verir ki, buna səbəb onun “Hardkor” təşkilatının turnirində qalmaqal yaratmasıdır.
Belə ki, azərbaycanlı boksçu Rusiya idmançısı Sergey Prixodkonu məğlub etdiyi görüşdən sonra digər boksçu Artur Kulinskini “rus donuzu” adlandıraraq təhqir etmişdi. Ardınca Rzayev dava salmaq istəsə də, aparıcı tərəfindən dayandırılmışdı.
Qalmaqaldan sonra Rusiya Boks Federasiyası Baş Prokurorluqdan azərbaycanlı döyüşçünün ekstremizmlə bağlı ifadələrinin yoxlanılmasını tələb etmişdi.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin