Dörd ölkə NATO ilə əməkdaşlıq mexanizmi yaradır

10:52 - 5 İyul 2024

Dörd ölkə NATO ilə əməkdaşlıq mexanizmi yaradır

Avstraliya, Yeni Zelandiya, Cənubi Koreya və Yaponiya hökumətləri NATO rəhbərliyi ilə əməkdaşlıq üçün daimi strukturun yaradılması ilə bağlı məsləhətləşmələr aparır.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə “Sankei” qəzeti Yaponiya hökumətindəki mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, gələn həftə Vaşinqtonda keçiriləcək NATO sammitində dörd ölkənin yüksək səviyyəli nümayəndələri, o cümlədən Yaponiyanın Baş naziri Fumio Kişida və Cənubi Koreya Prezidenti Yun Sok Yol iştirak edəcək. Bu görüş çərçivəsində Şimali Atlantika Alyansı ilə müntəzəm təmaslar və əməkdaşlıq sisteminin gücləndirilməsi məsələsini müzakirə etmək üçün dördlüyün ayrıca görüşünün keçiriləcəyi gözlənilir. Nəşrin məlumatına görə, ABŞ Prezidenti Cozef Bayden bu görüşdə qısamüddətli iştirak edə bilər.

Avstraliya, Yeni Zelandiya, Cənubi Koreya və Yaponiya NATO-nun daimi tərəfdaşları statusuna malikdirlər, onların Brüsseldə alyansın qərargahında nümayəndəlikləri var.

 

Fidan Əliyeva

Manşet.az


Xəbər xətti

8 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin