Bu gün İranda prezident seçkilərinin ikinci turudur

09:22 - 5 İyul 2024

Bu gün İranda prezident seçkilərinin ikinci turudur

İranda növbədənkənar prezident seçkilərinin ikinci turu başlayıb.


Manset.az xəbər verir ki, seçkilərin ikinci turunda islahatçı namizəd Məsud Pezeşkian və mühafizəkar namizəd Səid Cəlili mübarizə aparır.

"Tasnim”in məlumatına görə, İranın Ali Rəhbəri Seyid Əli Xamenei prezident seçkilərinin ikinci turunda səs verib.

Qeyd edək ki, birinci turda 42,6 faiz səslə Məsud Pezeşkian liderlik edirdi.

Xatırladaq ki, İran Prezidenti İbrahim Rəisinin mayın 19-da helikopter qəzasında həlak olmasından sonra ölkədə növbədənkənar prezident seçkiləri elan olunub.


Xəbər xətti

8 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin