UEFA Merih Demiralı cəzalandırdı? - YENİLƏNİB

23:32 - 4 İyul 2024

UEFA Merih Demiralı cəzalandırdı? - YENİLƏNİB

Məsələ ilə bağlı Türkiyə Futbol Federasiyası da açıqlama yayıb.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, açıqlamada Almaniyanın “Bild” nəşrinin yaydığı xəbər təkzib olunub. Bildirilib ki, UEFA tərəfindən Merih Demiralla bağlı başladılan araşdırma davam edir. 

Qeyd olunub ki, futbolçunun müdafiəsi üçün sabaha qədər müddət var.

23:05

UEFA Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində keçirilən Türkiyə - Avstriya matçında qol vurduqdan sonra “bozqurd” işarəsi göstərən Merih Demiralı cəzalandırıb.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, qitənin ali futbol qurumu müdafiəçiyə iki oyunluq cəza verib. Bu da o deməkdir ki, Demiral 1/4 final mərhələsində Niderlanda qarşı oynaya bilməyəcək.

Qeyd edək ki, UEFA-nın sözügedən işarə ilə bağlı araşdırma başlatması Türkiyə tərəfindən etirazla qarşılanmışdı.

Onu da əlavə edək ki, Merih Demiral həmin qarşılaşmada dubl etmişdi.


Xəbər xətti

7 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin