Ərsin Tatar Bakıya gəldi

22:32 - 4 İyul 2024

Ərsin Tatar Bakıya gəldi

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ərsin Tatar Bakıya səfər edib.

 

Manset.az Axar.az-a istinadən xəbər verir ki, Ərsin Tatarı hava limanında rəsmi şəxslər qarşılayıblar.

Qeyd edək ki, iyulun 5-6-da Şuşada Türk Dövlətləri Təşkilatının liderlərinin iştirakı ilə qeyri-rəsmi sammit keçiriləcək.

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təşkil olunacaq sammitdə Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın dövlət başçıları iştirak edəcəklər. Tədbirdə müşahidəçi ölkələrin liderlərinin və TDT-nin Baş katibinin də iştirakı gözlənilir.


Xəbər xətti

7 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin