Bakıda bu avtobusların hərəkət istiqamətləri dəyişdirildi
5 Oktyabr 2024
19:30 - 4 İyul 2024
Türkiyənin Daxili İşlər naziri Əli Yerlikaya sosial media hesabında FETÖ-yə qarşı əməliyyatların qətiyyətlə davam etdiyini bəyan edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Türkiyənin 29 vilayətində FETÖ-yə qarşı keçirilən əməliyyatlarda 108 şübhəli şəxs saxlanılıb.
Təhlükəsizlik Kəşfiyyat Müdirliyi Ümumi Müdirliyi, KOM Başçılığı və TEM Şöbəsi tərəfindən koordinasiya edilən əməliyyat nəticəsində Adana, Ankara, Adıyaman, Antalya, Aksaray, Aydın, Bolu, Bursa, Dənizli, Əskişəhər, Ərzincan, Giresun, Isparta, İstanbul, İzmir, Kayseri, Kocaeli, Konya, Kahramanmaraş, Kırşehir, Malatya, Mersin, Muş, Sakarya, Sinop, Siirt, Şırnak, Tokat və Uşakda axtarışlar aparılıb.
Əməliyyatlar nəticəsində külli miqdarda xarici valyuta və türk lirəsi və çoxlu sayda rəqəmsal material ələ keçirilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin