ŞƏT ölkələrinin xarici ticarət dövriyyəsi 8 trilyon dolları ötüb - Tokayev

19:19 - 4 İyul 2024

ŞƏT ölkələrinin xarici ticarət dövriyyəsi 8 trilyon dolları ötüb - Tokayev

Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin xarici ticarət dövriyyəsi 8 trilyon dolları ötüb ki, bu da qlobal ticarətin dörddə birinə bərabərdir.

 

Manset.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev "ŞƏT plyus" görüşündə bildirib.

Qazaxıstan Prezidenti, eyni zamanda, qeyd edib ki, ŞƏT ölkələrinin iqtisadiyyatları 4-9 faiz arasında yüksək artım tempi göstərir.

Qeyd edək ki, bu gün Astanada Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində “ŞƏT plyus” iclası keçirilib.

Tədbirdə Qazaxıstan, Hindistan, İran, Çin, Qırğızıstan, Pakistan, Rusiya, Tacikistan, Özbəkistan, Belarus, Monqolustan, Qətər, BƏƏ, Türkmənistan, Türkiyə və Azərbaycanın dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər.


Xəbər xətti

7 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin