Netanyahu məhbus mübadiləsi danışıqlarına nümayəndə heyəti göndərəcək

19:07 - 4 İyul 2024

Netanyahu məhbus mübadiləsi danışıqlarına nümayəndə heyəti göndərəcək

İsrailin baş naziri Benyamin Netanyahu Təl-Əviv və HƏMAS arasında məhbus mübadiləsi razılaşmasının əldə edilməsi üçün danışıqlara İsrail nümayəndə heyətini göndərmək qərarına gəlib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə İsrail rəsmisi Həmasın məhbus mübadiləsinə ilə bağlı açıqlama verərkən bildirib.

Sözügedən rəsmi Netanyahunun növbəti məhbus mübadiləsi danışıqlarına İsrail nümayəndə heyətini göndərməyə razı olduğunu bəyan edib.

Netanyahunun danışıqlar qrupu ilə görüşündə Qəzza zolağına hücumların “İsrail məqsədlərinə çatana qədər davam edəcəyi” mesajını verdiyi bildirilib.


Xəbər xətti

7 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin