"Meta" 3D modellərin süni intellekt generatorunu təqdim etdi

17:20 - 4 İyul 2024

"Meta Platforms"un tədqiqat bölməsi mətn təsviri əsasında yüksək keyfiyyətli 3D obyektlər yaratmağa imkan verən yeni generativ alqoritm, "3D Gen"i təqdim edib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə "Meta" "Threads" sosial şəbəkəsində məlumat verib.

Tərtibatçıların sözlərinə görə, yeni neyroşəbəkə yaradılmış modellərin keyfiyyətinə və generasiya sürətinə görə analoqlarından üstündür.

Qeyd olunub ki, bu sistem yüksək keyfiyyətli teksturaya malik 3D obyektlər yarada bilər.

 

 

Fidan Əliyeva

Manşet.az


Xəbər xətti

7 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin